S Ə M Ə D V U R Ğ U N
Səməd Yusif oğlu Vəkilov 21 mart 1906-cı ildə Qazax qəzasının Yuxarı Salahlı kəndində bəy nəslinə mənsub ailədə anadan olmuşdur. Atası Yusif ağa kənddə, ömrünün son illərini isə Qazax şəhərində yaşamışdır. Gözəl saz ifaçısı olması məlumdur. Şair uşaqlıq illərini doğma kəndində keçirmiş, ibtidai təhsilini kəndəki rus-tatar məktəbində almışdır.Onun 6 yaşı olarkən anası Məhbub xanım 28 yaşında vəfat edir. Səməd atası Yusif ağanın və ana nənəsi Aişə xanımın himayəsində böyüyür. Şairin ana babası Mehdixan ağa Köhənsal təxəllüsü ilə tanınan el şairi idi. Şairin ana nənəsi Aişə xanım görkəmli Azərbaycan şairi və dövlət xadimi Molla Pənah Vaqifin nəslindən idi.
1918-ci ildə görkəmli ədəbiyyatşünas və maarifçi Firudin bəy Köçərli Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsini Qazaxa köçürərək, Qazax müəllimlər seminariyasını təşkil edir. Bu məktəbə qəbul olunan kənd uşaqları arasında Səməd və Mehdixan Vəkilov(1902-1975) qardaşları da var idi.
Səməd Vurğun seminariyanı bitirdikdən sonra (1924) Qazax, Quba və Gəncədə Azərbaycan dili və ədəbiyyatını tədris etməyə başlayır.1920-1930 illərdə şairin səsi ciddi surətdə ədəbi mühitin və geniş oxucu kütlələrinin nəzərini cəlb edir. 1930-cu illərdə o, Aleksandr Puşkinin "Yevgeni Onegin", Maksim Qorkinin "Qız və ölüm", Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan", Nizami Gəncəvinin"Leyli və Məcnun" əsərlərini Azərbaycan dilinə tərcümə edir.
YARADICILIQ
Seminariyada o, ilk şeirlərini qələmə alır. Bunlar xalq poeziyası formasından biri olan lirik qoşmalar idi. Yazdığı şeirlər seminariyanın divar qəzetində çıxırdı. Şairin ilk çap əsəri olan "Cavanlara xitab" şeiri 1924-cü ildə Tiflisdə çıxan "Yeni fikir" qəzetində dərc olunmuşdur. Bu şeiri o, seminariyanı qurtarması münasibətilə yazmışdı.
Poeziya get-gedə şairin bütün varlığına hakim kəsilir. Gənc şair öz xalqını, vətənini, doğma torpağının əsrarəngiz təbiətini sevdiyi üçün özünə "Vurğun" təxəllüsünü götürür. Digər bir versiyaya görə isə sevdiyi qıza ünvanladığı şeirləri Vurğun təxəllüsü ilə imzalamış və beləcə də davam etmiş, tanınmışdır.
1929-cu ildə Səməd Vurğun İkinci Moskva Universitetinin ədəbiyyat fakültəsinə daxil olur. Moskvadakı təhsil illərində o, fəal yaradıcılıqla da məşğul olur. Həmin illər yazdığı siyasi məzmunlu və lirik şeirlər onun 1930-cu ildə çap olunmuş "Şairin andı" adlı ilk kitabında toplanmışdır.
1930-1940-cı illər Vurğun istedadının çiçəklənməsi və yüksəlişi dövrüdür. 1934-cü ildə şairin "Könül dəftəri" və 1935-ci ildə "Şeirlər" adlı kitabları nəşr olunmuşdur. Bu dövrdə şair, Azərbaycan poeziyasının dilini bir çox əcnəbi sözlərdən təmizləyərək, Azərbaycan ədəbiyyatını və dramaturgiyasını yeni əsərlər hesabına zənginləşdirmişdir. Yalnız 1935-ci ildə Səməd Vurğun 7 poema və 100-ə yaxın şeir yazmışdır. 1934-cü ildə yazılmış "Azərbaycan" şeiri Azərbaycan ədəbiyyatının incilərindəndir. Bu şeirdə şair öz vətəninin qədim tarixi, təbii gözəlliyi, nemətləri, xalqın xeyirxahlığı, açıqürəkliyi və qonaqpərvərliyini tərənnüm etmişdir.
Səməd Vurğunun müharibədən sonrakı dövr yaradıcılığı da çox məhsuldar olmuşdur. Şair bir-birinin ardınca "Muğan" (1948), "Aygün" (1950-1951) və "Zamanın bayraqdarı" (1952) poemalarını qələmə almışdır.
Həyatının son illərində yazdığı şeirləri onun yaradıcılığının yeni mərhələsini təşkil edir. Onlar rəngarəngliyi və poetikliyi ilə seçilən şeirlərdir. Bu şeirlər həyata bağlılıq, insanların dotluq və xeyirxahlıq kimi keyfiyyətlərini əks etdirməklə yanaşı, şairin vətən və xalq qarşısındakı müqəddəs borcunun ifadəsi idi.Bu şeirlərdən en çox dillər əzbəri ola Təbiətin gözəlliyi "CEYRAN" şeridir ki oda Təbiətimizin fauna və florasina oz gözəlliyini vəsf edib.
De, yolun düşdümü Muğan düzünə?
Piyada gəzdinmi çölləri sən də’?
Söz qoşub ceyranın qara gözünə,
Dincini aldınmı bir göy çəməndə?
Piyada gəzdinmi çölləri sən də’?
Söz qoşub ceyranın qara gözünə,
Dincini aldınmı bir göy çəməndə?
Yerdən ayağını quş kimi üzüb,
Yay kimi dartınıb, ox kimi süzüb,
Yenə öz sürünü nizamla düzüb,
Baş alıb gedirsən hayana, ceyran?
Yay kimi dartınıb, ox kimi süzüb,
Yenə öz sürünü nizamla düzüb,
Baş alıb gedirsən hayana, ceyran?
Əzəldən meylini salıb çöllərə,
Bəxtini tapşırdın bizim ellərə,
O qara gözlərin düşdü dillərə.
Dişlərin oxşayır mərcana, ceyran!
Bəxtini tapşırdın bizim ellərə,
O qara gözlərin düşdü dillərə.
Dişlərin oxşayır mərcana, ceyran!
Bir məsəl qalmışdır ata-babadan:
Uçarda turacdır, qaçarda ceyran
Bir mən deyiləm ki, hüsnünə heyran,
Şöhrətin yayılıb hər yana, ceyran!
Uçarda turacdır, qaçarda ceyran
Bir mən deyiləm ki, hüsnünə heyran,
Şöhrətin yayılıb hər yana, ceyran!
Sükuta qərq olmuş ürəyimlə mən
Keçirəm yenə də Muğan çölündən.
Yanında balası, yağış gölündən
Əyilib su içir bir ana ceyran!
Keçirəm yenə də Muğan çölündən.
Yanında balası, yağış gölündən
Əyilib su içir bir ana ceyran!
Elə ki, son bahar min büsat qurur,
Kolları-kosları yıxıb uçurur,
Sıxlaşıb bir yerə baş-başa durur
Düşəndə çovğuna, borana ceyran.
Kolları-kosları yıxıb uçurur,
Sıxlaşıb bir yerə baş-başa durur
Düşəndə çovğuna, borana ceyran.
On addım kənarda yatmayır təkə,
Gəzinir, oylağa baş çəkə-çəkə.
Gələn qaraltıdır, yoxsa təhlükə?
Bir özünə baxır, bir ona ceyran!
Gəzinir, oylağa baş çəkə-çəkə.
Gələn qaraltıdır, yoxsa təhlükə?
Bir özünə baxır, bir ona ceyran!
Ovçu, insaf elə, keçmə bu düzdən!
O çöllər qızını ayırma bizdən!
Qoyma ağrı keçə ürəyimizdən, –
Qıyma öz qanına boyana ceyran!
Nə gözəl yaraşır Muğana ceyran!
Nə gözəl yaraşır Muğana ceyran!
Səməd Vurğun təkcə
şerimizin yox, təbiətimizin də milli timsalı idi. "Muğan" poemasını, ceyran
obrazını o, təbiət-şəhər müxalifətində ikincinin hələ "kult" təşkil eldiyi dovrdə
yaratmışdı. Folkloru və sazı, qopuzu və ozanı, təbiəti və dağları xatırladan kolorit
və əda onun həm şəxsiyystini, həm də poeziyasını eyni vaxtda ifadə edirdi.
Səməd Vurğun həmişə tribunaya da qartal kimi sinə gərərdi və bu tribuna nə
qədər uca olsaydı, Vurğun ona bir o qədər yaraşardı. Ov dalınca çıxdığı qaya
başından təbiətə boylanarkən bütünlüklə zirvələr, dağlar Vurğun ilhamının şaha
qalxdığı, at oynatdığı oylaq və meydan üçün vüsət və ucalıq ölçüsü yox idi. Şair
kosmosun fəthi dövrünü görsəydi, ayrı heç nəyi yox, məhz kosmik peyki planetə
müraciət etmək üçün, ən münasib tribuna adlandırardı və həmişə olduğu kimi,
Vurğun monoloqu belə bir tribunaya yenə də yaraşardı!
Bədii dildə, üslubda belə bir təmizlənmənin ("katarsisin"), xüsusilə qabarıq
nümunəsi isə Səməd Vurğunun son fəlsəfi şeirləri idi. "Şair, nə tez qocaldın sən?!",
"Gödəkçə", "Unudulmuş təkməzar", "Mən tələsmirəm" kimi nümunələr hamısı
ustad şairin həsrət məqamından ("Körpünün həsrəti" şerindəki ayrılıq
körpüsündən) keçdikdən sonra yazdığı nümunələr idi. Hələ "Komsomol
poeması"ndan, "Zəncinin arzuları"ndan, "Ölüm kürsüsü"ndən, "Aygün"dən,
"Muğan"dan formalaşan və həqiqi epizm səviyyəsinə qalxan gərgin psixoloji
fabula, fikrin, dramatizmin va emosiyanın süjeti burada son həddə çatır və həmin
nümunələri klassik miniatür şedevrə çevirirdi:
Sellərdən, sulardan yeyin axsam da,
Şimşəklə yanaşı göydə çaxsam da.
Nə şadlıq səyirtsin atını, nə qəm,
Heç yana, heç yerə mən tələsmirəm.
Səməd Vurğun Vətən və poeziya sözlərini həmişə bir yerdə, sinonim kimi
işlətmiş, bir sənətkar və ictimai xadim kimi bu təlimin cəngavər carçısı, əsgəri və
sərkərdəsi olmuşdur. Odur ki, bu gün "Vurğun" sözünün özünü də "Vətən" və
"poeziya" sözlərinə qaynayıb-qarışmış şəkildə görürük. Onları da bir-birindən
ayırmaq qeyri-mümkündür. Nə üçün? Çünki, yenə də şairin öz sualı ilə cavab
vermək olar: "Ayrılarmı könül candan!
Səməd Vurğunun müharibədən sonrakı ilk epik dastanları ("Leninin kitabı", "Muğan", "Aygün", "Zamanın bayraqdarı" poemaları) xalis mündəricə, bilavasitə movzu, obraz, ideya və fikir baxımından olmasa da, sənətkarlığın, poetikanın, bədii dil və üslubun nəzərə çarpacaq dərəcədə yeniliyi, novatorluğu baxımından həm özünün, həm də bütünlükdə poeziyanın inkişafında yeni mərhələnin əsərləri və hadisələri kimi səslənirdi
Hiç yorum yok:
Yorum Gönder