21 Mart 2015 Cumartesi

Ümumi

S Ə M Ə D   V U R Ğ U N






Səməd Yusif oğlu Vəkilov 21 mart 1906-cı ildə Qazax qəzasının Yuxarı Salahlı kəndində bəy nəslinə mənsub ailədə anadan olmuşdur. Atası Yusif ağa kənddə, ömrünün son illərini isə Qazax şəhərində yaşamışdır. Gözəl saz ifaçısı olması məlumdur. Şair uşaqlıq illərini doğma kəndində keçirmiş, ibtidai təhsilini kəndəki rus-tatar məktəbində almışdır.Onun 6 yaşı olarkən anası Məhbub xanım 28 yaşında vəfat edir. Səməd atası Yusif ağanın və ana nənəsi Aişə xanımın himayəsində böyüyür. Şairin ana babası Mehdixan ağa Köhənsal təxəllüsü ilə tanınan el şairi idi. Şairin ana nənəsi Aişə xanım görkəmli Azərbaycan şairi və dövlət xadimi Molla Pənah Vaqifin nəslindən idi.
1918-ci ildə görkəmli ədəbiyyatşünas və maarifçi Firudin bəy Köçərli Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsini Qazaxa köçürərək, Qazax müəllimlər seminariyasını təşkil edir. Bu məktəbə qəbul olunan kənd uşaqları arasında Səməd və Mehdixan Vəkilov(1902-1975) qardaşları da var idi.
Səməd Vurğun seminariyanı bitirdikdən sonra (1924QazaxQuba və Gəncədə Azərbaycan dili və ədəbiyyatını tədris etməyə başlayır.1920-1930 illərdə şairin səsi ciddi surətdə ədəbi mühitin və geniş oxucu kütlələrinin nəzərini cəlb edir. 1930-cu illərdə o, Aleksandr Puşkinin "Yevgeni Onegin", Maksim Qorkinin "Qız və ölüm", Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan", Nizami Gəncəvinin"Leyli və Məcnun" əsərlərini Azərbaycan dilinə tərcümə edir.
YARADICILIQ

Seminariyada o, ilk şeirlərini qələmə alır. Bunlar xalq poeziyası formasından biri olan lirik qoşmalar idi. Yazdığı şeirlər seminariyanın divar qəzetində çıxırdı. Şairin ilk çap əsəri olan "Cavanlara xitab" şeiri 1924-cü ildə Tiflisdə çıxan "Yeni fikir" qəzetində dərc olunmuşdur. Bu şeiri o, seminariyanı qurtarması münasibətilə yazmışdı.
Poeziya get-gedə şairin bütün varlığına hakim kəsilir. Gənc şair öz xalqını, vətənini, doğma torpağının əsrarəngiz təbiətini sevdiyi üçün özünə "Vurğun" təxəllüsünü götürür. Digər bir versiyaya görə isə sevdiyi qıza ünvanladığı şeirləri Vurğun təxəllüsü ilə imzalamış və beləcə də davam etmiş, tanınmışdır.
1929-cu ildə Səməd Vurğun İkinci Moskva Universitetinin ədəbiyyat fakültəsinə daxil olur. Moskvadakı təhsil illərində o, fəal yaradıcılıqla da məşğul olur. Həmin illər yazdığı siyasi məzmunlu və lirik şeirlər onun 1930-cu ildə çap olunmuş "Şairin andı" adlı ilk kitabında toplanmışdır.
1930-1940-cı illər Vurğun istedadının çiçəklənməsi və yüksəlişi dövrüdür. 1934-cü ildə şairin "Könül dəftəri" və 1935-ci ildə "Şeirlər" adlı kitabları nəşr olunmuşdur. Bu dövrdə şair, Azərbaycan poeziyasının dilini bir çox əcnəbi sözlərdən təmizləyərək, Azərbaycan ədəbiyyatını və dramaturgiyasını yeni əsərlər hesabına zənginləşdirmişdir. Yalnız 1935-ci ildə Səməd Vurğun 7 poema və 100-ə yaxın şeir yazmışdır. 1934-cü ildə yazılmış "Azərbaycan" şeiri Azərbaycan ədəbiyyatının incilərindəndir. Bu şeirdə şair öz vətəninin qədim tarixi, təbii gözəlliyi, nemətləri, xalqın xeyirxahlığı, açıqürəkliyi və qonaqpərvərliyini tərənnüm etmişdir.
Səməd Vurğunun müharibədən sonrakı dövr yaradıcılığı da çox məhsuldar olmuşdur. Şair bir-birinin ardınca "Muğan" (1948), "Aygün" (1950-1951) və "Zamanın bayraqdarı" (1952) poemalarını qələmə almışdır.
Həyatının son illərində yazdığı şeirləri onun yaradıcılığının yeni mərhələsini təşkil edir. Onlar rəngarəngliyi və poetikliyi ilə seçilən şeirlərdir. Bu şeirlər həyata bağlılıq, insanların dotluq və xeyirxahlıq kimi keyfiyyətlərini əks etdirməklə yanaşı, şairin vətən və xalq qarşısındakı müqəddəs borcunun ifadəsi idi.Bu şeirlərdən en çox dillər əzbəri ola Təbiətin gözəlliyi "CEYRAN" şeridir ki oda Təbiətimizin fauna və florasina oz gözəlliyini vəsf edib.










De, yolun düşdümü Muğan düzünə?
Piyada gəzdinmi çölləri sən də’?
Söz qoşub ceyranın qara gözünə,
Dincini aldınmı bir göy çəməndə?
Yerdən ayağını quş kimi üzüb,
Yay kimi dartınıb, ox kimi süzüb,
Yenə öz sürünü nizamla düzüb,
Baş alıb gedirsən hayana, ceyran?
Əzəldən meylini salıb çöllərə,
Bəxtini tapşırdın bizim ellərə,
O qara gözlərin düşdü dillərə.
Dişlərin oxşayır mərcana, ceyran!
Bir məsəl qalmışdır ata-babadan:
Uçarda turacdır, qaçarda ceyran
Bir mən deyiləm ki, hüsnünə heyran,
Şöhrətin yayılıb hər yana, ceyran!
Sükuta qərq olmuş ürəyimlə mən
Keçirəm yenə də Muğan çölündən.
Yanında balası, yağış gölündən
Əyilib su içir bir ana ceyran!
Elə ki, son bahar min büsat qurur,
Kolları-kosları yıxıb uçurur,
Sıxlaşıb bir yerə baş-başa durur
Düşəndə çovğuna, borana ceyran.
On addım kənarda yatmayır təkə,
Gəzinir, oylağa baş çəkə-çəkə.
Gələn qaraltıdır, yoxsa təhlükə?
Bir özünə baxır, bir ona ceyran!
Ovçu, insaf elə, keçmə bu düzdən!
O çöllər qızını ayırma bizdən!
Qoyma ağrı keçə ürəyimizdən, –
Qıyma öz qanına boyana ceyran!
Nə gözəl yaraşır Muğana ceyran!





























Niyə Ceyran insanları cəlb edir,hamının onu sevməsinə səbəb olur.



 Hal hazirda  Azərbaycanda 13dövlət təbiət qoruğu fəaliyyət gösterir. 
Göy-Göl dövlət təbiət qoruğu.
Azərbaycanın ilk qoruğu Göy- göl Dövlət Təbiət Qoruğu 1925 -ci ildən fəaliyyət göstərir.















   Qızılağac dövlət təbiət qoruğu  Bundan sonra 1929 ci ildə Qızılağac Xəzər dənizi (gölü) sahilinin cənub-qərbində 88,4 min hektar ərazidə köçəri, su, bataqlıq və çöl quşlarının qışlaması, artırılması və qorunması məqsədilə yaradılmışdır və Zaqatala qoruqları və 1936-cı ildə Hirkan qoruğu təsis edilmişdir.  .


















Şirvan Təbiət Qoruğu Kür -Araz ovalığının Cənub şərqi Şirvan Düzənliyində  yerləşır.






















Hələ 1961-ci ildə Kür-Araz ovalığının həmin hissəsində ceyranların sayının 77 baş olduğu bir vaxtda, Azərbaycan hökumətinin xüsusi qərarı ilə Bəndovan Dövlət Yasaqlığı yaradılmışdır.
8 ildən sonra, burada ceyranların sayının 400 başa çatdığı vaxtda Respublika Hökumətinin 30 aprel 1969-cu il tarixli müvafiq qərarı ilə 17700 min hektar sahədə Şirvan dövlət təbiət qoruğu təşkil edilib.Hazırda Parkın sahəsi 6232 hektardır.Qoruğun yaradaılmasında əsas məqsəd Azərbaycan  Respublikasının "Qırmızı kitabına "düşmüş gözəllik rəmzı olan ceyranların bu ərazi üçün səciyyəvi olan digər fauna növlərinin mühafizəsini və bərpasının təmin etməkdir.







C e y r a n     ç ö l l ə r    q ı z ı

Ceyran Antiloplar cinsinə aid cütdırnaqlı məməli heyvan. Bədəninin uzunluğu 95-115 sm, süysünün hündürlüyü 60-75 sm, kütləsi 18-33 kq-dır.Ceyran Səhra və yarımsəhralarda yaşayır. Ceyran dünyada az  yayılmış növ hesab edilir.Əsas yayıldığı sahələr Azərbaycan, Ön, Orta və Mərkəzi Asiyadır.Çox cəldir və böyük sürətlə qaça bilir.Ceyran yüksək sürətə,aktiv görmə,eşıtmə,iyibilmə və hissiyat üzvlərinə malik olmaası ilə xarak terizə edilir.Ceyran daha çox səhralarda daha çox aktiv olur.Ceyranların döl dövrü noyabr-dekabr aylarında davam edir və 5-6 aydan sonra 1, 2 və ya 3 bala verirlər.

N ə t ic ə


Tarix boyu təbiətimizin ayrılmaz hissəsi olan ceyranları və ümumilikdə təbiətimizi hamılıqla qoruyaq, qayğısına qalaq.
Ceyran və digər zərif heyvanlar üçün ən ciddi təhlükə mənbəyindən qoruyaq.Ceyranların qorunub saxlanması üçün ölkəmizdə bir çox layihələr həyata keçirilir ki, bunun nəticəsində nəsli kəsilməkdə olan ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası həyata keçirilir.Ceyranların bəslənmə və artırılma həyata keçirilən mühafizə tədbirləri nəticəsində bu nadir  heyvanların sayı sürətlə artırılaraq 9000 nə çatmışdır.

N ə t i c ə

  • Vətənmizin zəngin təbiətin ,nadir quşlar və heyvanlar aləmi var,təssüf ki,uzun illər ciddi qorunmadığından insanlar onlarla amansız rəftar etmışlər.

  • Təbiətimizin qorunmasına,nadır quşlarının,heyvanlar aləminin müdafiəsinə bu gün də ehtiyac var meşələrin qırılması tükənməkdə olan quşların heyvanların gizlincə ovlammsı halları az deyil.

  • Təbiətin bəzəyi olan Gözəlliyi ilə insnları heyran edən ceyran amansız münasıbət Səməd Vurğun da narahat etmişdir.

  • Təbiətin qorunması ,xüsusən nadir quşlara,heyvanlara qayğı göstərilməsi hamının vətənini sevən hər kəsin borcudur. 





B ə n z ə t m ə
Ceyranın gözəlliyi yalnız bənzətmələrlə ifadə olunur.

Yerdən ayağını quş kimi üzüb,
Yay kimi dartınıb, ox kimi süzüb,
Yenə öz sürünü nizamla düzüb,
Baş alıb gedirsən hayana, ceyran?














Şeirdə ceyranın tərifi mühüm yer tutur,əsərdə ən çox bundam danışılır ,ele bun görə də “əsərin ideyası ceyranın gözəlliyini tərif etməkdir”fikri doğru sayılmalıdır.
Xalq Şairi Səməd Vurğun “Ceyran”qoşmasından vətənini sevən hər bir insanın üreyində keçənləri əks etdirmişdir.Azərbaycan Təbiətinin bənzəyi ,yaraşığı olan ceyranın gözəlliyi ,çoxları kimi şairi də heyran etmiş,onun qəlbində sevinc,fərəh, məhəbbət hissi coşub- daşmışdır.Şair vətənmizin bənsərsiz təbiəti ilə bu nadir gözəlin –“çöllər qızının “bir birini tamamladığı görmüş və insanların diqqətinə buna cəlb etmişdir.



















Səməd Vurğun təkcə şerimizin yox, təbiətimizin də milli timsalı idi. "Muğan" poemasını, ceyran obrazını o, təbiət-şəhər müxalifətində ikincinin hələ "kult" təşkil eldiyi dovrdə yaratmışdı. Folkloru və sazı, qopuzu və ozanı, təbiəti və dağları xatırladan kolorit və əda onun həm şəxsiyystini, həm də poeziyasını eyni vaxtda ifadə edirdi. Səməd Vurğun həmişə tribunaya da qartal kimi sinə gərərdi və bu tribuna nə qədər uca olsaydı, Vurğun ona bir o qədər yaraşardı. Ov dalınca çıxdığı qaya başından təbiətə boylanarkən bütünlüklə zirvələr, dağlar Vurğun ilhamının şaha qalxdığı, at oynatdığı oylaq və meydan üçün vüsət və ucalıq ölçüsü yox idi. Şair kosmosun fəthi dövrünü görsəydi, ayrı heç nəyi yox, məhz kosmik peyki planetə müraciət etmək üçün, ən münasib tribuna adlandırardı və həmişə olduğu kimi, Vurğun monoloqu belə bir tribunaya yenə də yaraşardı! 


Bədii dildə, üslubda belə bir təmizlənmənin ("katarsisin"), xüsusilə qabarıq nümunəsi isə Səməd Vurğunun son fəlsəfi şeirləri idi. "Şair, nə tez qocaldın sən?!", "Gödəkçə", "Unudulmuş təkməzar", "Mən tələsmirəm" kimi nümunələr hamısı ustad şairin həsrət məqamından ("Körpünün həsrəti" şerindəki ayrılıq körpüsündən) keçdikdən sonra yazdığı nümunələr idi. Hələ "Komsomol poeması"ndan, "Zəncinin arzuları"ndan, "Ölüm kürsüsü"ndən, "Aygün"dən, "Muğan"dan formalaşan və həqiqi epizm səviyyəsinə qalxan gərgin psixoloji fabula, fikrin, dramatizmin va emosiyanın süjeti burada son həddə çatır və həmin nümunələri klassik miniatür şedevrə çevirirdi:

Sellərdən, sulardan yeyin axsam da,
 Şimşəklə yanaşı göydə çaxsam da. 
Nə şadlıq səyirtsin atını, nə qəm, 
     Heç yana, heç yerə mən tələsmirəm. 

Səməd Vurğun Vətən və poeziya sözlərini həmişə bir yerdə, sinonim kimi işlətmiş, bir sənətkar və ictimai xadim kimi bu təlimin cəngavər carçısı, əsgəri və sərkərdəsi olmuşdur. Odur ki, bu gün "Vurğun" sözünün özünü də "Vətən" və "poeziya" sözlərinə qaynayıb-qarışmış şəkildə görürük. Onları da bir-birindən ayırmaq qeyri-mümkündür. Nə üçün? Çünki, yenə də şairin öz sualı ilə cavab vermək olar: "Ayrılarmı könül candan!



Səməd Vurğunun müharibədən sonrakı ilk epik dastanları ("Leninin kitabı", "Muğan", "Aygün", "Zamanın bayraqdarı" poemaları) xalis mündəricə, bilavasitə movzu, obraz, ideya və fikir baxımından olmasa da, sənətkarlığın, poetikanın, bədii dil və üslubun nəzərə çarpacaq dərəcədə yeniliyi, novatorluğu baxımından həm özünün, həm də bütünlükdə poeziyanın inkişafında yeni mərhələnin əsərləri və hadisələri kimi səslənirdi














Hiç yorum yok:

Yorum Gönder